Sevgi çatışmır bu otağda Istilik çatışmır,çatışmır iki nəfərlik yatağda Sanki buzlaşma dövrünə səyahətdi tək oturmağ səhər beşdə Ruhum donur, Sənlə ya da sənsiz Baxma mənə, sevmə məni, tutma qolumu əgər tutacağsansa ürəysiz. Səni kim qorxudub belə…qorxağ olmusan yaman Saçlarıva kim dən salıb görəsən Ürəyivə xal salıb elə bil. Gözlərivi uzağlara köklüyüb və bədənivi toxunulmaz edib gedib. Bütün sevgivi çəkib içünnən. Sən artığ özüvü belə sevə bilmirsən. Ayağların ona dartır səni,ayağların mənsizliyə aparır. Sevməyin bir ölçüsü varmı? Sənsizliyə belə möhtacam mən.
“Bədnivün hər qarışını öpməy istiyirəm” diyən şair gülüşlərinə baxmağla kifayətləndi. Cəsarətsiliydən yox, sevgidən əziyyət çəkirdi. Yorğun doğmuşdu anası onu… bir siqaret yandır,birini daha, birini daha… “Bu qadın birini daha yandırdı” deyəcəylər arxamca
Yorğun doğur analar bizi oturub şeir yazırığ, həyata atılamağ əvəzinə Həyata atılıb artığ çəki yığa bilmiriy Biz artığ çəkidən yox artığ sevgidən əziyyət çəkiriy Biz sevgisini ürəyində bəsliyənlərdəniy Bədəni ana verir bizə, Həyatı tanımadığımız bir qadın Bizdən olan tək şeyi, sevgimizi ona veririy Çıxır gedir qaraşın…