Gecələr yuxularımda onu görürəm,səhər gəlmədi Yəni səhər gəlmədin Gələndə dərd gətir biraz Çünki, ikimiz üçün pürrəngi şeir dəmlədim Yaralarımızı sarımamışıq Sevgin ağılsızdır, önümüzdən gələnə gedirdi Görəndə yolda guya ki, bir birimizi tanımamışıq Üz-Üzə gəlməmək üçün əlimizdən gələni edirdik əslində Köhnə evin dirəklərinə bax Hər yer qaranlıqdır, şəhərin bir rəngələrinə bax “Necəsən” deye sual ver Əgər bilmək istəsən biləklərimə bax Sənin üçün ağlaya bilmirəm Bəlkə döndün deyə qapını bağlaya bilmirəm Dəyişmədim, hələ deə köynəyimin sağ qolunun düyməsini tək əlimlə bağlaya bilmirəm Yazdığıma “Şeirlər” də sən Sən Şeirlərdəsən Unutduğunu düşünmə heç vaxt Gördüyüm sevgilər də, qadınlar da şeirler də sən Yağış döyür pəncərəni, işıq sönmüş halda Otağın divarlarına qan ləkəsi düşmüş halda Qorxuram bir gün xəbərsiz gələrsən və görərsən Ev dağınıq və mən ölmüş halda
[Verse: 2]
Sən ağılsızca gözləyərsən bütün ili gəlməz Ürək yarımçıqsa bütün elə gəlməz Dedilər pozulub artıq içir,çəkir. Çəkmə! Qadının üstündən gül iyi gələr, tütün iyi gəlməz! İstəsən silərsən məni,birinci qəlbdən başla Niyəsə xəstəliyin 50 faizi qəlbdən başlar. Mənim üçün adın durur qəlbdən başda Gələndə gətirmişdin hərşeyimi, qəlbdən başqa. Ən acı söz desəndə inanki gülərəm mən Bilsəm qopacaq əlim,göz yaşını silər əllər Oturduğunuz restoranda otura bilmərəm Ən uzağı pəncərəsini silərəm mən Kül onsuzda yanmaqdan qorxmaz Soruşan olsa “niyə ayrıldız” “Başqasıyla gəzirmiş” de Dünən gecə səni qucaqlayıb yatdım Səhər baxdım biraz şəklin əzilmişdi Səndən bəhs eləyim Qoyma öpsün səni! İnanki səhv eləyir Hamı sənin bədənini fikirləşərkən Bir dəfə yanaqlarını görmək mənə bəs eləyir Ən böyük səhv’im mənim düşünüb ağladıqca Hər dəfə hər sevgini xoşbəxt son deyə bilməkdir Nişan günü kişilik söyməyib arxasınca Ağlayaraq “xoşbəxt ol” deyə bilməkdir