Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kizlar - Nece heyatim xow ola bilerki sevirem sozunu xe4 kime demiyen....... | Текст песни и Перевод на русский

Onunla bağladım hər bir sözümü,
Düz açdım həmişə ona gözümü,
Bəzən qurban verdim ona özümü...
Gördüm... xəyallara daldı məhəbbət.

Məni nə günlərə saldı məhəbbət???

Daim məndən qabaq durdu ayağa
Baxdığım qızlara qoydu qadağa
Bilməm... nə üçün məni verdi qabağa
Özü yarı yolda qaldı məhəbbət...

Məni nə günlərə saldı məhəbbət???

Məhəbbət ki, vardır
Bir ağır yoldur
Gündə neçə dəfə boşaldı... doldu...
O qədər suallarım cavabsız qaldı
Nə biləydim axi laldı məhəbbət?

Məni nə günlərə saldı məhəbbət???

Onun üçün puç olur arzu, dilək də
Dumana sövrülür adi külək də
Onsuzda qardaşım, hər bir urəkdə
Silinməz ləkədi, xaldı məhəbbət

Məni nə günlərə saldı məhəbbət???

Söyləyin ki, ondan kim xeyir görüb?
Bahadır, Sonamı, Şahsənəm, Qərib?
Fərhad Şirin üçün dağları hörüb,
Külüngü boçuna çaldı məhəbbət

Məni nə günlərə saldı məhəbbət???

Geyinir kecinir gündər bir donu
Qandır, Faciədir, Dəhşətdir sonu
Saldı səhralara bədbəxt məcnunu
Leylisin əlindən aldı məhəbbət

Məni nə günlərə saldı məhəbbət???

Gənc idim, bilmirdim o nətərimiş
Sən demə qəm dolu, dərdmiş, qəhərmiş
And olsun Allaha Acı zəhərmiş...
Mən elə biliridm baldı məhəbbət

Məni nə günlərə saldı məhəbbət???

Eyvaz min əzabla çəkirdi onu
Soyuqda şaxtada bükürdü onu
Təzəcə urəyində əkirdi onu
Çıxdı xəzri küləyi soldu məhəbbət.

Məni nə günlərə saldı məhəbbət???

ОСЛЕПИЛА МЕНЯ
ЛЮБОВЬ ВСЕ ДВЕРИ ЗАКРЫЛА
СКОЛЛЬКО СЛЕЗ ВО СНЕ НО ЛИЦО НЕ ВЫДАЕТ ВСЕ ПЫТАЮСЬ Я СКРЫВАТЬ
В МОЕЙ ХИЗНИ ТЫ СЛЫША ТВОЙ ГОЛОС Я ПЛАЧУ ЭТИ ДОРОГИ НАС РАЗДЕЛИЛИ Я НЕ ЗНАЛ ЧТО ОНИ РАЗДЕЛЯТ НАШУ ЛЮБОВЬ СТОЛЬКО ДЕВУШЕК Я СЕРДЦА РАЗБИЛ НО ННЕ ЗНАЛ ЧТО ВСЕ ВЕРНЕТСЯ
ЗА ЧТО ЛЮБОВЬ СО МНОЙ А ТЕПЕРЬ ТА ДЕВУШКА КОТОРУЮ ЛЮБЛЮ И НЕ СМОТРИТ НА МЕНЯ
НЕ МОГУ СКАЗАТЬ ЧТО ЛЮБЛЮ ТЕБЯ Я СЛОВ ТАКИХ НАЙТИ НЕ МОГУ ТЫ ВСЕГДА В МОЕМ СЕРДЦЕ
А КТО ТА ДЕРЖИТ ТЕБЯ ЗА РУКИ И ГОВОРИТ ЧТО ЛЮБИТ А МОЕ СЕРДЦЕ РАЗРЫВАЕТСЯ НА КУСКИ
НИКТО НЕ ЗНАЕТ БОЛЬ МОЕГО СЕРДЦА БОЛЬ НУ ВЫХОДИШЬ ЗАМУЖ СЛЫШАЛ ТОГДА ППРОСТО БУДЬ СЧАСТЛЕВА
ЗА ЧТО ЧТО ТЫ СДЕЛАЛА СО МНОЙ ЛЮБОВЬ НЕУЖЕЛИ Я НЕ ЗАСЛУЖИЛ СВОЕЙ ЛЮБВИ


Kizlar еще тексты


Перевод Translate.vc



Другие названия этого текста
  • Kizlar - Nece heyatim xow ola bilerki sevirem sozunu xe4 kime demiyen....... (0)
  • Неизвестный исполнитель - neyime gerek bu dunyamiz eger ureyimdeki sozleri sene deye bilmiremr (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1