Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

KorYOLÇU - İşığa kor baxanlar | Текст песни

Verse 1.
Bəzi hissləri sən yaratmısan. Özünə əsl qəstdi bu, bizləri bədbin edir məcbur.
Qanunların hamısı eyni bezin qırağıdı; səni öz təbiətindən ayırıb edir məzlum.
Layiq olmayanları sən yaratmısan, hər şeyi sən edirsən, amma onlar olur məşhur.
Bilməyən insan zirvədə çox qala bilmir, düşəndə dərk edir ki, vacib imiş məzmun.
"Sevgi yoxdur…” - deyirlər – “…var bağlanmaq". Elə ən pisi bu imiş. Azad ola bilmir Məcnun.
Nəticəsini bildiyin bir yarış kimidi sevgi və sən qəsdən olmaq istəyirsən məğlub.
Gözəl və çirkin insan eynidir, amma gözəllik əlçatmaz olanda oluruq məftun.
Məni dinləyən insan azdı, amma dediklərimi anlayırsa, həmin az sayılır məqbul.
Təbii fəlakətlər hamısı cılızlaşdı sən demə, ən böyük fəlakətimiz imiş fast-food.
Bu dünyada nə onlar nə mən artığam, amma mən hər gələndə qışqırmalıyam: "dəsdur!".
Mənim işim bədənlə bağlı deyil, amma hər yeni rapi bitirdikdə bədənim olur tər-su.
Əməyimi heçə sayan çoxdu; düşüncələri maraqsızdı mənim üçün. Amma düzünü deyin: bəs, bu?..

Verse 2.
Otağım YOLÇUnun labarotoriyasıdı, kağızlar və cümlələr yaradır süni tüstü-duman.
Dünyanın yadında qalmayan ömrün bir az da uzatmaqdan ötrü nəsə edər və büstü qalar.
Ən dəyərli kitab, ən dəyərli bina, ən dəyərli elçi yoxdu, bunlar hamısı süsdü, inan.
"Cəhənnəm ən dibdə, cənnət ən üstdədir" deyirlər, mən həqiqətlə endirəcəm üstü bura.
Təbiətindən ayrılan insan əgər ona yol göstərən axtararsa ən sonunda üzsüz olar.
Dərk edəndə kölgəyə çevrilə bilsə, kainat onu qəbul edib bəxş edər öz dözümünü ona.
Öz içində əsl üzünü görsə hamı, qərq olacaq işıqlara və qalmayacaq küsülü olan.
İnamı varsa, bezmədən müzakirə et, amma təhqir etmə, yoxsa basıb sənin gözünü oyar.
Nirvana - öz dövredişinə son qoyaraq bilməyindi, ən sonunda çatdırırsan özünü sona.
Əsl özünü kəşf edəndə keçmişi yandırıb tulla, tez zamanda söndürəcək közünü zaman.
Yalan dayaqlarla güclü olur həmişə. Bütün dayaqları qıraraq YOLÇU edir düzünü əyan.
Sənin oyanmağın vacib olandı, necə edirsən et, bacarmasan nəqarəti eşidib, oyan!..

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-