Verse. Pillələr tükəndi nəhayət. Və indi, qarşımda, rəngbərəng bu gölməçə qan qırmızısına xəyanətdi. Çoxdan ölmüş ölüm vardı, göyün qurşağında bağlı. Bu sözlərimə fikir vermə, çöl və səhra ibadətdi. Telefonun susan da dəstəyi, sözümü kəsməyi. Qiyamətə bərabər oldu, son gedişdə əsməyi. Tək olsan da yenə də sevin, qalmısansa əgər diri. Təklik içində kim çox danışsa, onun düşər dili. Musiqi sorğular məni, cavab verərəm gözlərimlə. Öldür məni, qatilim ol. İşığı söndür əllərimlə. Şam intihar edər, yanar, yandırar bədənlə özün. Pərvanəni salar dəbdən... yananda özü. Düz yanımda körpü tikib, özünü atar insanlar.. Və gedər insanlar.. Və sevər insanlar.. "Sevgi müqəddəsdi" qışqıracam son nəfəsdə. Uğultu yaratmışam, özümə aşiqəm həvəslə. Hədiyyə edilmişdi ortağım olan saatım, hər dəfə gecikib də yalan danışmağım üçün. Kimisə aldadıb və kimisə özümə nifrət, kin etdirib də öləcəm mən, cəhənnəminə getməkçün. Dəlidir bunu yazan, ağıllı indi çoxdu çünki. "Söyüşsöyən"-əm mən, tərbiyə sizsiniz çünki. Hər dəfə ölərəm mən, bədənə rahat yoxdu çünki. Mən dəfə ölərəm, sən dəfə də dirilə bilmədən...
Choruse: (x1) Son dəfə deyil bu -- sən dəfə. Doğuldum ilk dəfə. Ölmərəm bəlkə də, yeni bədəndə. Son dəfə yazıram "sən dəfə" Ölmərəm bəlkə də. Doğuldum ilk dəfə, yeni bədəndə.