Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Koryolçu - Əl çəkin | Текст песни

Verse 1.
Bir-iki tüstü ganja, istiqamət ancaq üstədi.
İstədim və yazdım, həqiqətlər artıq üzdədi.
Sual verməmişdən əvvəl vəsiqənizi göstərin.
Şəklimi bir də çəkin, yenə qırmızı düşdü gözlərim.
Heç nə gözləmirəm həyatdan, o da heç nə gözləmir.
Seçki sözdədi, əslində seçib seçilir özləri.
Polisi çağırmağa da yox ehtiyac - onlar özü gəlir.
Bunlar özgədi, get tut, podvala sox və döy gətir.
Dözmədim, istəmirdim yazım bu söhbəti.
Nəsə bizə çox ilişirlər, bilmək olmur kimdi növbəti.
Məhkəmələrə növbədi.
Söyüb, sonra tövbə de.
Allah bizim allahdı, ona da ötür rüşvəti.
Sürüşmədi ayağım, baxın, səsim get-gedə güclənir.
Beyni çıxar tulla, bunlar sevmir azad düşünəni.
Başa düşmədi, adımızı da qoydu "vətən düşməni"
Beynimizi çox yudular, amma adam elədi Zərdüşt məni.
Qorxuda bilməz, sıxıb bibər qazın da üstümə.
Bro, mənim bədənim çoxdan öyrəşib tüstüyə.
Oturaq əyri düz deyək, arada bir baxın güzgüyə.
Sakit oturmaqla təhlükəsizlikdəsiz guya?
Sikim içini Bakıda keçirdiyim 1,5 ilin.
Çıxım gedim uzaqlara normal həyatın dadın bilim.
Öyrənim İspan dilin, İstanbulu list`dən silim.
Hisslərdən gizlənmiyim.
Hirslənsəm siz dəyməyin.
Burda belədi həyat - yat, dur, yat, dur və yat.
Addım-addım maddiyat artdı.
Yatmayanı qapdı YAP.
İtini bağla qapıya.
Mən öz baltamın sapıyam.
Muslim olmasam da yenə də çoxarvadlıyam.
Gözlədim 17 il amma dirilmədi 2Pac da.
Mən də oturub özüm yazdım, sözlərim düşdü takta.
"Arqumentı, faktı", bambılılar bayram edir parkda.
Nəysə fuck that, bezdirdi yazmaq eyni şeylər haqqda.

Chorus: (x2)
Okay, görüşərik, amma baxır haçan.
Heç söz vermirəm ki, darıxacam.
Mən axıracan həqiqəti bağıracam.
Bunu bilirsən mama, bir sən mama.
İndi varam, amma sabah yox olacam.
Sən düşünmə mən orda toxam, acam.
Mən uçacam zirvəyə toxunacam.
Bunu bilirsən mama, bir sən mama.

Verse 2.
Bakı`nı çıxışında sərhəd var, daşdan deyil.
Qalın divarlar var, yekə hərflə "olmaz" yazıb.
Biz keçib gedirik hər gün yuxumuzda.
Əsəbiyik, çünki oyanmaq istəməz tezdən yazıq.
"Heç kim olmasın şəhərdə" deyənlərdən idim.
Bir gün oldu, son gün oldu o gün, dəyişdim.
Sən də fikir ver, baxaraq arxa yol ayrımına.
Sonra çön önünə, yol ayrımını o gün dəyişdir.
Qafiyəm kasıbdı, gördüyünüz kimidi hər şey.
Mənim bu verse yazmağım adət deyil, xəstəlikdi.
Otağım çox böyük deyil, içində hovuz yoxdu.
Amma, 8 ildi verse yazır YOLÇU.
Bir əsirlikdi rap, mənim üçün.
Gəl gedək ağıllılardan.
Axı, biz fiziki yoruluqda daha da məmnunuq.
Kitabı bağla, TV`ni aç.
Və qəbul edin ki, xəyalımızda hamımız nifrət etdiyimiz məmuruq.
Bəsdi, siyasətdən uzaq qurma həyatını.
Bəsdi, dur!
Bu oyun kəsir nəfəs.
Bax, YOLÇU dərslik hazırladı bu verse`ün içində, son sətirlərlə.
Baxın, biz heç yaşamadıq ki, keflə.
Bu bir səhvdi, əkil.
"Əzənə sevgi" cümləsin başa düşmürəm hələ də.
İnsan necə zəif ola bilər axı, bunu mənə başa salın?!
Heç kimə heç nə demirəm, heç kim heç nə deməsin mənə.
İlk insana çevrilin və adlarınızı daşa yazın.
Əl çəkin!..

Chorus: (x2)
Əl çəkin bizdən!
Biz yazmağa vərdişdən düşdük uzun müddət içəri.
Oke, süz bir az da, biz içərik.

Koryolçu еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2