Son zamanlar ancaq məyus oluram Bəlkə də bu yaşda möcüzələrə inanmaqdandır Getdiyim yerdə ayağım dolaşıb yıxılıram Deyirlər, tez-tez dönüb keçmişə baxmaqdandır Divardaki şəkillər də baxır arxaya Mən özümdə deyiləmsə, hardayam? Nəfsi sıxarkən küncə o, saçını yolur Sakitləşdirən sadə şeylər olur Su, nəfəs, gecə yağışı Təklikdə qalan bunu başa düşər yaxşı Mən ünvanı dəyişdim, sən soyadını Sevdim başqa qadını, sən söy adını! Və bir də danışma ədalətdən Vicdan əzabını günahsızlar çəkər adətən Durna qatarı payızda köçür Bağışla, amma ömür uzundur bir sevgi üçün
Nəqarət Sənin öz həyatın, mənim öz dünyam Sənin öz həyatın, mənim öz dünyam
İndi mənə tək bir sığınacaq Kiminsə bərk döyünən ürəyi olacaq Ancaq nəfəsin məni indi də izləyir Çünki hər sevgi əbədi olmaq istəyir Bu nə alim sözüdür, nə dahiyənə fikir Əksinə müdrik öz bağında səbri əkir Sevgini lazımsız dostluqla ləkələmə Son elə sondur, şəkk eləmə! Xatirələr mənim də içimi yeyir diri-diri Unutmağı bacarmaqdı sağ qalmağın sirri Əvvəl barışa bilmirsən, əlləşirsən Ən pisi odur ki, sonda öyrəşirsən Sonra sübut da edəmmirsən heç kəsə Ki, sən uydurma deyilsən, sən olmuş hadisə Qəhrəmana isə yaraşmır sonda sağ qalmaq Ya igid ölməlidir, ya da ona maraq