Kuplet 1:
Geyimimiz, hüququmuz bir idi.
Şagirdidi hamımızın adı da.
Eləbil ki, boyumuz da eyniydi.
Aman Allah nə xoşbəxtdik biz onda
Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz:
Bir gün necə həsrət ilə anarıq.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
Nəqarət:
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Kuplet 2:
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı nə asan
Xəbərsizdik ömrümüzə biz hələ
Taleh yazan pozulmayan yazıdan.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq
Nəqarət:
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Nəqarət:
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Məktəb illəri.
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sehirli günləri,
Ən təmiz arzulu günləri.
Lalə Məmmədova еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1