Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Leyla Jafarli - Məni axtar darıxanda (cover) | Текст песни

Söz: Ilqar Fəhmi
Aydın Sani, Süleyman Lökbatanlı - Məni axtar darıxanda

Məni axtar darıxanda,
Səni qəm-qüssə sıxanda,
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda,
Məni axtar darıxanda.
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda,
Məni axtar darıxanda.
Məni axtar boş otaqda,
Yoluna kölgə çıxanda,
Soyumuş güzgüdə bir qız
Sənə hiddətlə baxanda,
Məni axtar darıxanda.
Soyumuş güzgüdə bir qız
Sənə hiddətlə baxanda,
Məni axtar darıxanda.

Nəqarət:
Çıxmaram bircə sözündən,
Səni allam yer üzündən,
Çəkərəm mavi səmaya
Öpərəm nəmli gözündən.
Çıxmaram bircə sözündən,
Səni allam yer üzündən,
Çəkərəm mavi səmaya
Öpərəm nəmli gözündən.

Məni axtar gecəyarı
Yolunu taksi kəsəndə,
Dayanıb yol kənarında
Büzüşüb tir-tir əsəndə,
Məni axtar darıxanda.
Dayanıb yol kənarında
Büzüşüb tir-tir əsəndə,
Məni axtar darıxanda.
Küçədə yolda yağışla
Sevişəndə gülüşəndə,
Maşının pəncərəsindən
Üzünə damcı düşəndə,
Məni axtar darıxanda.
Maşının pəncərəsindən
Üzünə damcı düşəndə,
Məni axtar darıxanda.

Nəqarət (3x)

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-