Elə bil ki rənglər Küsüb bu dünyadan Niyə axı? Neçə vaxtdır göy üzündə Heç görünmür göy qurşağı Hanı mənim rəng-rəng olan Arzularım, xəyallarım Hanı mənim sevinc dolu O günlərim, o hallarım
Göy üzündə bir də yoxsan Bir də dursan Göy qurşaği O vəfasız gedən gündən Sən də yoxsan, Göy qurşağı
Göy qurşağı Göy qurşağı Niyə axı, nədən axı Belə olur Göy qurşağı Göy qurşaqi Ancaq hər şey Rəng-rəng olur Sonda birdən solur