Salam, Tənha Ağac Bu çöl düzünə sən hardan gəlmisən, necə bitmisən?? Nədən baş götürüb dostdan yaxından Elindən obandan niyə itmisən?? Gördün bu halınla oxşarıq elə Mənim ruhum yalnız sənin talehin Məndən inciməsin bacım, qardaşım Gəlmişəm dərdimi sənə danışım
Arxa biləcəyin, Dost biləcəyin Sevdiyin gözlədiyin varmı, söylə?! Heç kimə açmaram, söylə, ağaclar da ağlayırmı Mənim kimi, Tənha Ağac?!
Gəlmişəm dərtləşək iki dost kimi Görüm qol budağın həyanmı sənə?! Yüz kökün, budağın qayğılarını Gördüm ki, yığmısan yalnız köksünə
Gəlmişəm yanında sirdaş olmağa Dayanaq əl-ələ, budaq-budağa İçimi göynətdi çəkdiyim dərtlər Gəlmişəm yanında ağac olmağa Eh, Tənga Ağac, mənim kimi Tənha Ağac..