Gözlərimin etibarı çox imiş.
Dayanmadı gecə gündüz ağladı.
Sədaqətdə bircə imiş,tək imiş.
Bulaq kimi həzin-həzin çağladı
Ucaldı göylərə ahım ,
Kədərlə açıldı hər sabahım.
Allahım nəymiş günahım?
Gəl sinəmi çalın çarpaz dağladın.
Haray çəkdim, haray saldım ellərə.
Döndüm xəzan olan qönçə güllərə
Nəğmə oldum düşdüm dildən dillərə
Bu gözlərim gecə gündüz sənin üçün ağladı
Sözlərin hər kəlməsi qəlbimdə,
Nalə çəkib, kaman kimi sızladı.
Sənə bənzər, sənə oxşar görəndə
Bu gözlərim gizli-gizli ağladı.
Mətanət İsgəndərli еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1