Məni candan usandırdı
Cəfadan yar usanmazmı
Fəlkələr yandı ahimdən
Muradım şəmi yanmazmı
Qəmu bimarinə canan
Dəvayi dərd edər ehsan
Neyçün qılmaz mənə dərman
Məni bimari sanmazmı
Qəmim pünhan tutardım mən
Dedilər yarə qıl rövşən
Desəm ol bivəfa bilməm
İnanarmı, inanmazmı
Şəbu hicran yanar canım
Tökər qan çeşmi-giryanım
Oyadar xəlqi-əfqanım
Qara baxtım oyanmazmı
Güli-rüxsarünə qarşu
Gözümdən qanlı axar, qanlı axar su
Həbibim fəsli güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail
Sən etdin əqlimi zail
Mənə tən eyləyən qafil
səni görcək utanmazmı
Fizuli rindü şeydadır
Həmişə xəlqə rüsvadır
Sorun ki bu nə sevdadır, bu sevdadan usanmazmı?
Mahram Gurbanzadeh еще тексты
Другие названия этого текста
- Mahram Gurbanzadeh - Fizuli Kantatası (symphonic power metal) (1)
- Mahram Gurbanzadeh - Fizuli Kantatası (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2