Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Marri Atom - Manqa | Текст песни

Mən sənin baxışında batdım, sanki Günəş qərbdə,
Sayonara deyərək sən, məni çıxartdın qəlbdən.
Sanki o Günəşin şüaları Yaponiyada, çıxdım özümnən,
Sevgimi anlatmağa çatmaz million heroqlif, dost olmuşam dözümnən.
Bu gecə yuxumda, səyahət etdik şərqə bir anlıq,
Fukusimaya baxan sakura ağacının altında dayandıq
Və radiasiya dalğalarında biz rəqs etdik orda.
Fudziyamanın ən yüksək zirvəsində, ulduzlara gedən yolda
Bizi apardı ruhlar, Xayyao Miyadzakinin nağılında.
Sənin sözlərin vasabi kimi acı,
Katana kimi batıb qaldı bağrımda.
Sonuncu görüşümüz, yadıma düşdü,
Xerosima, Naqasaki kimi partladı ağlımda.
Ola bilmədik biz sevgi manqaların, animelərin qəhramanı.
Ürəyimi taptalamaqdan, yorulmadımı ayaqların?
Bu həyat kino, rejissorumuz olmadı Akiro Kurasava.
Bilmək olmaz bəlkə sən mənə qeyşa oldun sabah...

Bu bizə yazılmış bir sevgi manqası.
Bu Fukusimadan gələn bir radiasiya dalğası.
Bunun münasibətlərimizə olmaz heç bir faydası.
Bu sadəcə bizə yazılmış sevgi manqası.

Bu bizə yazılmış bir sevgi manqası.
Bu canavarın Rem və Ramula olan qayğısı.
Bu bir Pampey sakininin panikası.
Bu sadəcə bizə yazılmış sevgi manqası.

Sən deyilsən Mələk, nə də mən deyiləm Marri Atom.
Sənin qəlbin Kolizey, mən orda döyüşən bir qladiator.
Mən sanki Pampey, bir gün püskürüb, məni məhv edəcək Vezuviy.
Düz yolla gedənə, həmin yolda düzgün yoldaş gərəkdi, demişdi Fizuli,
Və sən mənimləsən, birgə heç vaxt dönmərik bu yoldan.
Biz indi Romada, baş cəkirik tanrılara Panteonda.
Hər kəsə danışarıq, bizə rast gəldilər Rem və Ramul.
Nə olsun, bizə qalib gələ bilmədi Mars, bizə qalib gəldi Amur.
Biz qalxarıq Olimpə, nə olsun ki, bizi buraxmazlar, çatmağa qalıb bir atdım.
Biz onda düzəldərik özümüzə şəxsi bir Troya atı.
Sevgimizə orda xeir-dua verər şəxsən Afrodita,
Sən və mən, son mənzilə qədər, buda bir alqoritm.
Son mənzil demişkən, ordada bizi artıq gözləyir Aid,
Amma bu o AiD deyil, hansıki rap oxuyur bir HOSTçunun həyatına aid.
Bax biz əl-ələ, biz bir yerdə gəzdik nə qədər.
Hər şəy yaxşı olacaqdı, mən bu yuxudan oyanmasaydım əgər.

2013, Marri Atom
Hər kəsə arigato

Marri Atom еще тексты


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
    Нет видео
    -