Məndən sənə bir ömürlük xatirə,
Səndən mənə nə qalacaq, bilmirəm...
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, bilmirəm...
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günüm güllərimi qurutdu.
Bu sevgidə kim uddu, kim uduzdu,
Peşimanı kim olacaq, nə bilim?...
Mən Arazam, səsim tutqun Arazdı,
Ha yüyürdüm, ha çağırdım, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bu od-ocaq, bilmirəm...
Mehebbet Kazimov еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2