Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
Melza Burcu Ince еще тексты
Другие названия этого текста
- Alim Qasımov - Əziz dost (0)
- İslam Rzayev - Əziz dostum (0)
- ©emil - Eziz dostum (0)
- Melza Burcu Ince - Eziz dostum menden kusub incidi (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1