Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Miri Yusif - Ağ Təyyarə | Текст песни

Keçmişim ayağıma dolaşıb,
Mən uçuram bu yüklə birgə səmaya
İçmişəm həyatla dolu bir qədəh ki,
Dünya bənzəsin bir saraya
Buludlar yatağım, ulduzlar qonağım
Gedirəm kainatla yuxuya
Ancaq ruhumun əkizləri duyar,
Nəqarəti mənlə birgə oxuyar.

Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən xəyyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm

Özümü tərk edib, özümü dərk edirəm!
Özümü tərk edib, özümü dərk edirəm!

Vərdişim inadla dalaşır,
Mən qaçıram suallarımdan uzağa.
Gəlmişəm savabla dolu bir sabah,
Günahım bir gecəylə yüz ola.
Günəşim yaradar kölgəmi,
Buludlar ona can verər və qoruyar.
Yenə ruhumun əkizləri duyar,
Nəqarəti mənlə birgə oxuyar...

Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən xəyyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm

Özümü tərk edib, özümü dərk edirəm!
Özümü tərk edib, özümü dərk edirəm!

Sən sağ qanad, mən sol qanad.
Hava limanımız uçuş yarat.
Kolay, kolay, kolay səyahət.

Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm...

Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm...

Özümü tərk edib, özümü dərk edirəm!
Özümü tərk edib, özümü dərk edirəm!

https://www.musixmatch.com/lyrics/Miri-Yusif/Ag-teyyare

Miri Yusif еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 3