Bu gün sənin ad günün, Bu gün sənin şad günün. Arzuları söndürdün üfürüb, Söndürdüyün şam kimi.
Bu gün sənin ad günün, Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi.
Bənd - 1 Mən sənə dəli-divanə Sən hisslərimə biganə İnanmaram daha mən, Aldanmaram daha mən Gətirsən də bəhanə. Yaş üstünə yaş artar Həsrətin gözlərimi yaşardar Mən yollarında avarə Bu ürəyi yalnız sənə etmişdim həvalə
Bir sonu var bu əhvalatın, Sənə sərf etdiyim hər saatım, Sənlə keçən keçmiş həyatım Ad Gününə hədiyyəm olsun.
Bənd - 2 Al, ad gününə hədiyyəm Sənə həsr olunur mədhiyyəm Yoxdur məndə bəd niyyət Qərarımda qətiyyəm Geri dönmə qətiyyən! Budur verdiyin dəyər Gördüm kim nəyə dəyər Ürək sənsiz göynəyər, Mənsiz görsə nə deyər səni mənlə görənlər?!
Bir sonu var bu əhvalatın, Sənə sərf etdiyim hər saatım, Sənlə keçən keçmiş həyatım Ad Gününə hədiyyəm olsun.