Mən ölsəm, yox olsam Çinar kimi solaram Bilsəm ki, xoşbəxtsən Bəxtəvər olaram
Amma unutma ki mən qayıdaram Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram
Mən küləyəm, mən küləyəm - məni sınama Mən özgəyəm, mən özgəyəm - məni saxlama Cənnətdən qovulmuş şeytanam - məni qınama Mən küləyəm, mən küləyəm - məni sınama
Necə qaranlıq, necə sükut var Bura kölgələr ölkəsi Bura öz dünyam, bura çox viran Bura çağırmam hər kəsi
Bəlkə bir gün yenə mən qayıdaram Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram
Mən küləyəm, mən küləyəm - məni sınama Mən özgəyəm, mən özgəyəm - məni saxlama Cənnətdən qovulmuş şeytanam - məni qınama Mən küləyəm, mən küləyəm - məni sınama
Səsimin qəmli notlarısan sən bunu anla, Səmalara açılmış qanadımsan yadında saxla, Könülsüz, qəmli otağımsan - günəşim olma Mən küləyəm, mən küləyəm - məni qınama