Mən həmin o itirilmiş vicdan Mən xoşbəxtlik axtaran insan Çox yorulmuşam bu yollardan Səhnələrdən,pərdələrdən və rollardan Bir gün gəlib ellərə köçəcəm buralardan
Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki,düşməyək fələyin sehrinə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər necə ki bitdi Zaur və Təhminə
Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Əlvida demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm)
Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla,ay ata,bağışla,can anam,mən gedəcəm (Nələri tərk edəcəm)
Mən daxili qocalmış aslan Mən bağları saralmış bağban Xəstə könlümdə hər an üsyan Mən bezmişəm köksüz bitən yalanlardan,uydurulma qəhrəmanlardan