Bənd 1: Küçə uzanır,dolanır başıma bu dünya, Duyur yalanı və inanır. Əlvida! Günəş daha isitmir bizi, Biz ki,yoxuq artıq əzizim... *** Sınır sevginin yüzdəyüz faizi səmada, Yagış bildirir payızı son vida, Külək daha çağırmır bizi, Biz ki,yoxuq artıq əzizim...
Neqaret: Soruş ki,mən kiməm nəçiyəm soruş, Soruş ki, niyə payızdan qorxuram, Soruş niyə yaralar sağalmır, Soruş ki,mən hardayam,ölmüşəm ya sağam...
Bənd 2: Şərab süzülür,üzülür bədənim ağrılar, Günah nə sənin,nə mənim arzular, Dəniz daha yaşatmır bizi, Biz ki,yoxuq artıq əzizim... *** Canım yorulub,qırılıb qanadım son uçuş, Bitib tükənib inadım qurtuluş, Ürək daha alışmır düzü, Biz ki,yoxuq artıq əzizim...