Baxar oldum pəncərələrdən,
Anıram səni hey mənzərələrdən.
Gedişin, məni tərk edişindən,
Qurtara bilməm, yaxamı kədərdən.
Indi məndən uzaqsan, uzaq,
Oldun mənə,belə niyə belə yasaq?
Qaldın bağrımda bir ocaq,
Ki sənsiz ürəyimi hey yandıracaq.
Acı həsrət dolu canla,
Axır ürəyimə sevgi damla-damla.
Edirəm hiss, canın qanımda,
Sevirəm dəli dolu duyğularımla.
Süzülən xatirələrdən,
Ürəyim kövrəlib dolur axşamlar,
Küsürəm sanki bu şəhərdən,
Sənsiz çox qərib olur axşamlar...
Припев:
Baki axşamları, küləklər sərin-sərin,
Daha bu yellərdə əsməz tellərin sənin,
Getdin bu yerlərdən, məni tərk eylədin,
Indi sənsiz bu şəhərdə neyləyim?
Xəyalına dustaqdı bu beynim,
Sənsiz olmur ki, olmur neynim?
Sən getdin açılmadı eynim,
Dolmur ki yerin, dolmur neynim?
Tənhalığım ruhuma hakim,
Niyə belə olmuşam? Eşqinə təhkim.
Günahım mənim bu sevgim,
Hökmü oxunmuş, cezamı çəkim...
ℂ★ Şəmkirli Balasi ❺❼ Talib Tale еще тексты
Другие названия этого текста
- Talib Taleh - Baki Axsamlari (1)
- ℂ★ Şəmkirli Balasi ❺❼ Talib Tale - Baki Axsamlari (0)
- ★░★ Элик ★░★ 286 06 06 - Baki Axsamlari (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1