https://www.youtube.com/watch?v=8_KARydE-JA
Qədəmin xoş olsun,ürəyin təmiz
Qəlb açsın söhbətin ay təzə gəlin.
Başı uca etsin,ürəyi məğrur
Qayğın,məhəbbətin ay təzə gəlin!
(nəqarət)
Bu gün bir gəlinsən, sabah bir ana
Yaşa ilk eşqinlə sən yana-yana
Ana torpağımız Azərbaycana
Car olsun ülfətin ay təzə gəlin!
Sev ürək dostunu,can sirdaşını
Ana ol bu evdə, ağart başını.
Görək yüz yaşını,yüz on yaşını
Olmasın möhnətin ay təzə gəlin!
Məmmədbağır Bağırzadə еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2