Boyum olardı dizdən Qırlı damlı evimizdə Yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə Danışım sizə Gecə oyanıb gizlin Budaqlarına parça asıb Ev diləməyimizdən Bulanıb tutur uşaqlığım bütün 7 yaşda ciyərlərimə qonaq elədim tütün Utanırdım xəstəliyimi başqa kimsə görsün Dodaqlarımı kəsib qanını yanaqlarıma sürtürdüm Tirtab olub çürük evimin poluna Yalvarıram mənlə ol,amma mənə olannan olma! Bəlkə göylər almaz məni Özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna Soruşsalar Şəhri varmı arzun? -Gecə babamın ruhu gəlib saçımı sığallasın Pəncərənidə açıq qoysun Arxasıyca istərəmki o gedən kimi mənidə külək aparsın
verse: 2 İstəmirəm sağalmaq Amma gərək dərman içim Yolundadı görsün həkim müalicəm keçir Səhərə qədər tir-tir əsib Diksinirəm soyuqdu mənə Nolsun ki döşəyim düz böyründədi peçin Oynamaq isdiyirəm hərdən orda İslanardı corablarım Meyil çəkir sorada Buz kimi dondurma birdə bol kremli torta Arzularımı yerinə gətir Rahat yatım orda Dörd tərəfim dost tanışla dolsun Gecə,gündüz baxışlarıvı qapıya zillə nolsun Bir nəfərdə zəng eləmir hal-əhvalımı sorsun Telefonum varmı ki heç zəng eliyənim olsun Bulud olsam küləklərdə axsam Göylərdən seyr eliyim bilim ki sən sağsan Arada bir dənə baş çək mənə qardaş Yalandanda olsa denən - sağalacaqsan