Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

·٠•●๑۩ Murad Aliyev ۩๑●•٠ - Ya Qarabag, Ya Olum | Текст песни

Mənim könlüm ağlayar ağlayanla birlikdə,
Qarabağ'da qaralar bağlayanla birlikdə.
70 illik yaşını silə bilmir Qarabağ,
Azadlıq gəldi, lakin gülə bilmir Qarabağ.

Dünya duysun bu səsi! Bu səs şərqin səsidir,
Peyğəmbərin öydüyü nəcib irqin səsidir,
Bu səs Azərbaycanın, bu səs Türk'ün səsidir.
Bu Erməni qəsd etdi canımıza qəsd artıq.

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq, yol yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq, yol yox artıq!

Qarabağ'da qan var, qan ağlayır Azərbaycan,
Qarabağ'da qanlar bağlayıb Azərbaycan,
Qanlar qarı əritdi, cağlayır Azərbaycan.
Vəhşi dünya, dön bir bizə bax artıq.

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq, yol yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq, yol yox artıq!

Dünya! Yetər! Göz yumma bu insanın suçuna,
Bax gözünü qan tutmuş Erməninin xxxxxx,
"Mənimdir" deyə giribdir torpağımın içinə.
Ya bu işə bir son qoy, ya aradan çıx artıq,

Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!

Azərbaycan bir gözdür, Qarabağ da bəbəyi.
Yeni Azərbaycanın tam ortası, göbəyi.
Gözüməmi göz dikdi bu Erməni xxxxxx?!
Bu xxxxx sənin, dünya, qapımızdan çək artıq.

Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!

Mən onsuz da Ermənini halından tanıyıram,
1918 ilindən tanıyıram,
Qanıma batırdığı əlindən tanıyıram,
Şərt kəsdik - o əlləri kökündən qıraq artıq.

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Qarabağ'da qapqara bir dastan yazılarkən,
O günahsız insanlar gülləyə basılarkən,
Körpələrin başları daşlarla əzilərkən,
Kimsə mənə deyəməz, dişlərini sıx artıq,

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Gənc, ixtiyar, qadın, qız durmadan qırılmaqda,
Qolları kəsilməkdə, gözləri oyulmaqda,
Dalğa dalğa səmaya fəryadları yayılmaqda,

Bir şəhidin məzarı bir dənədən çox artıq,
Bir dənədən çox artıq,

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Hardasan, İslam Əhli?! Hə?!
De, sən görmürsənmi bu zülmü, bu vəhşəti?!
Bu gün vəhdət günüdür, gerçəkləşdir vəhdəti,
"Allahu Əkbər" deyib tək yumruq ol.

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Türk'ün dostu Allah'dır

·٠•●๑۩ Murad Aliyev ۩๑●•٠ еще тексты


Видео
    Нет видео
    -
    Оценка текста
    Статистика страницы на pesni.guru ▼
    Просмотров сегодня: 1