Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Cəfər Xəndan
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm səndə dedin:"Yox yara hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən uçuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var-arayım mən səni, bəxtimdəki yox,
Nədə bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın, olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!
Muslim Magomayev еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1