Yazdırdı adın tarixə qeyrətlə Mübariz Düşmənləri məhv etdi şücayətlə Mübariz
Tək mina dolu təhlükəli sahəni keçdin Azğın,yağı düşmənlərin qanını içdin Əhsən sənə türk oğlu vətən qəlbinə köçdün Mərdliklə,igidliklə, ləyaqətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz Düşmənləri məhv etdi şücayətlə Mübariz
Bir bəndə olarmı bu qədər alivə yüksək Zalımlara zalım idi azizlərə kövrək Bu hər kəsə olmur nəsib öz ömrünü sən tək Sürsün saf ürəklə, səmimiyyətlə Mübariz.
Yazdırdı adın tarixə qeyrətlə Mübariz Düşmənləri məhv etdi şücayətlə Mübariz
Bir müjdə verildi ona taleh yazısından Qurtuldu bu zalım həyatın hər acısından Məğrurcasına keçdi şəhidlik qapısından Öz ismini doğrultdu qətiyyət ilə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz Düşmənləri məhv etdi şücayətlə Mübariz
Yazdı anaya məktub ürək fərmanı ilə Son dəfə vidalaşdı əziz insanı ilə Bir məktubuda torpağa yazdı qanı ilə Qeyd etdi öz imzasını hörmətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz Düşmənləri məhv etdi şücayətlə Mübariz
Göstərdiyi mərdlik və fədakarlığa uyğun Rəhbərliyimiz ehtiram hissi ilə və dolğun Təltif eldi milli igid qəhraman oğlu Taxt qurdu ürəklərdə məhəbətlə Mübariz.