Xəyallar uzaqda olsa da Üfüqdən daha yaxındadırlar Fikirlər uydurulsa da Yalanın aşkarındadırlar
Ruhlar susdurulsa da İnsan cismində dillənirlər Günahlar bağışlanılsa da Varlı tox, kasıblarsa dilənirlər
Ağrılar dayansa da Dayanmir axidilan qan Yatanlar oyansa da Dilə gəlmir qorxudan üsyan
Bu gününü dəyiş - Sabahını düşün Beş günlük deyil dünya - Ömür boyu çox işin Bu gününlə oyan - Dünənini unut Keçmiş artıq arxada - Gələcəyinin yolunu tut