Ürək yenə yandı, söndü... söz odlandı... Saçların yenə aşdı, coşdu, dalğalandı... Gözlər bir baxışınla məni alışdırdı Sözüm qəlbdə, gözüm səndə galdı Nə deyim? Ürək az gala dayandı... Varmı? Axtar gəz dolan bütün bu Dünyanı... Sevgi qədrini bilənlərin olmalıdır! Amma, məndən sənə bir balaca məsləhət var Ürəyində saxlama sevgini Aç, danış mənə nə hiss etdiyini?!
QARA GECƏLƏRƏ SÖYLƏ GÜNƏŞİN ÖZÜNƏ SÖYLƏ QOY EŞİTSİN BÜTÜN DÜNYA SEVDİYİNİ SÖYLƏ
Sözlər... bəzən çarəsizdir, çox acizdir Sözlər... bəzən mənasızdır, quru səsdir Hisslər... mənim gözlərimdə gizlənibdir Yaxşı bax görə bilərsən sevgimi Gözlərimdə gör eşitmək istədiyini İstəsən görə bilərsən sevgimi Gözlərimdən oxu, duymaq istədiyini