Ömrümün günümün bu qərib çağı
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu-ocağı
Təzədən yandırıb közərdə bildin.
Özün bu sevdaya sövq etdin məni,
Sonra öz əlinlə özün dağladın.
Özün bu hicrana öyrətdin məni,
Özün bu kitabı açdın bağladın.
(2x)
O sənli günlər indi harda qaldı?
O andlar, imanlar de harda qaldı?
Sən gəldin yollardan çəkdim gözümü,
Sən getdin gözlərim yollarda qaldı.
Demə bu məhəbbət, demə bu sevgi
Ötəri hiss imiş, ötəri həvəs.
Sən mənim təkliyi aldın əlimdən,
Təzədən təkliyə düçar eylədin.
Özün bu sevdaya sövq etdin məni,
Sonra öz əlinlə özün dağladın.
Özün bu hicrana öyrətdin məni,
Özün bu kitabı açdın bağladın.
(2x)
O sənli günlər indi harda qaldı?
O andlar, imanlar de harda qaldı?
Sən gəldin yollardan çəkdim gözümü,
Sən getdin gözlərim yollarda qaldı.
Nazperi еще тексты
Видео
-
Nazperi - Senli sensiz gunlerim.mp4
Azeri-Nazperi - Senli sensiz gunlerim.mp4. ... Nazperi xanim da bu mahnini cox gozel ...
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1