Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, Dünya mənim, Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, Dünya mənim, Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, Dünya mənim, Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, Dünya mənim, Dünya heç kimin...