[verse1: Nas] Boş otaq, Stol üstündə səliqəylə düzülmüş kitablar, Onların içində nəzəri cəlb eliyir hərf-i A Şam işığını yenə günəşə tərcih elədi mən-i O Dünya mənə üzgün bir Allahın əsəri kimi göründü - dedi Zərdüşt. Çəkildim öz dünyama. Burdakı kiçik pəncərədən seyr etdim, Olanları, bitənləri. O zaman qonşudan məni görənlər olubmuş, Sonralar, həmin anda üzümü turşutduğumu dedilər. Amma olmadı, solmadı, dolmadı, Məsum gözlər yaşarmadı, Soyuqqanlı olmaq lazım bu qəribə quruluş qarşısında, Sistemi did!
[chorus: Rocky] Yollar içində çaşıb qalmışam, Hansı yolu seçəcəyimi də bilmirəm. Amma hara gedəcəyimi bilmirəmsə, Nə mənası hansı yolu seçməyimin. İnsanlar içində azıb qalmışam, Hansı mənə doğma bunu bilmirəm. Amma sonda tək qalacamsa, Nə mənası hansının yaxın olmağının.
[verse2: Monk] Qur qalanı, bərkid divarların, Çək tikanlı məftillərini ətrafına. Yığ iradəni yumruğuna, Gördün? Qapılar sənə bağlandı! Sandın? Üzünə açıq qalacaq! Amma yox, ilk olaraq özünlə dost ol, Təkliyini sev! Qara səkilərdən bir parçasan, Bunu bil! Küləyə güc gələn dağların əslindənsən, Gerçəyi unutma! Görsənməyən qüvvəsən, güc yatır içində, Tayfun kimi! Yəhərlə küləyi, sür qasırğanı, Göstər bu həyata sənin sən olmaq arzunu. Yol uzun və çox qəliz, Yıxılmaq hər kəsə mənsub, ayıb deyil! Vacib olanı sonda ayağa qalxmaq!
[chorus: Rocky] Yollar içində çaşıb qalmışam, Hansı yolu seçəcəyimi də bilmirəm. Amma hara gedəcəyimi bilmirəmsə, Nə mənası hansı yolu seçməyimin. İnsanlar içində azıb qalmışam, Hansı mənə doğma bunu bilmirəm. Amma sonda tək qalacamsa, Nə mənası hansının yaxın olmağının.
[verse3: Biq] Məndən sadiqi varsa özümə tapın mənə verin, Görsədin güzgüdə əksimi. Hər səhər günəş isitsədə bax sonra yerinə ay keçir, Saniyələr gecikir, dəqiqələrlə rəqs edərək, Gedərək sizlə eyni yolu, Mən təkliyi daha çox sevirəm. Bilirəm, bugün nədənsə biraz yorğun, Həyatımdan solğun. Çəkin əlinizi üstümnən! Mən bugün lap durğun. Bildiyim hər şey səhvdisə, Onda nə düzgün?! Kim mənə dost, kim düşmən, Yıxılıb düşsəm, kim qaldırar? Bir gün yorulub uzaqlara qaçıb, Bəlkə də son səhifədə, son c&a