Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - 8 Mart | Текст песни

Baharın təravətini gətirən rüzgarın sərinliyi,
Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi,
Sevginin dərinliyi paranoia, düşünür qoca,
Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız, Solduqca ömrü azalan güllər qalır dünyasız,
Lakin qoca nikbin və budur 8 mart,
İncə yaranmışların həyatına 1 damla sevinc gətirən vaxt.
Bugün çox gül tapır əksini və utanır səbəbsiz,
Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz,
Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri,
Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır nağıllarda,
Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda,
Görüşənədək, əlvida.

Və sevgililəri sevindirən satdığı çiçəklər,
Bir döyünən ürəklər üçün yaranan təbii istəklər,
Sevinir qoca, ani olaraq qarşısında dayanan
Cavan oğlanın sevincinə şərik olmaq üçün
Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq
Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq,
Tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy,
Başqa bir səma.

Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan ətirləri,
Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri.
Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan görüşə tələsir.
Unudub varlığını, xəstəliyinin ağırlığını,
Düşünür: “Axı, bu gün o görüşə gələsi,
Onu dünyalar qədər sevirəm, gözləməsin,
Bir saniyə belə qalmasın tənha,
Onun göz yaşlarında bataram günaha.
O körpə kimi pak, kövrək, saf.”
Oğlanın özü təyin etdiyi görüş yeri,
Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf.

Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi,
Onun gözləri adi, nə sevinc, nə kədərsizdi.
“Sevgim qədərsizdi” – fikirləşib oğlan yaxınlaşır,
Həyəcandan əsir əlləri, içində ürək alışır.
Onun qeyri-adi davranışı, əlində bir dəstə gül,
Qızın marağına səbəb olur, bu ruhi xəstə
Gülləri uzadır əllər, amma qız tanımır oğlanı,
Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq, qəbul etmir hədiyyəni, Çıxıb getmək istəyir,
Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir.
Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı,
Gülləri yerə atan əllər indi boğur qızı.
Öldürdü, yenə sevgilisinə oxşatdığı insan,
Yenə 8 mart və yenə növbəti qurban.
Qəzetlərdəki elan, hamıda qorxu hisləri,
Bu 13-cü qətl, bəlkə də lənət izləyir.
Oğlan axtarırdı, sonunda, hər şey ortada,
Həyatını qumara qoymuş insan kimi uduzub kartda
Və 8 martda yenə 13 il əvvələ qayıtdı,
Biraz ağladı, xatirələrini göz yaşlarına tanıtdı.
“O qız mənim illər öncə itirdiyim sevgilim deyildi,
bu yenə o deyildi” – oğlan öz özünə deyindi.
Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm:
8 və 13, sanki lənət, cəhənnəm.

Okaber еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1