Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Bashligsiz Setirler | Текст песни

Başlıqsız Sətirlər...
Qandal vurulmuş qələmlə söz yazan əsirlər..
Başlıqsız sətirlər:
Bu sətirlərin həriflərinində sözü var,
Qələmin sirri açılmaz aləmin,
Parçalanmış qəlbimin , qanla dolmuş ürəyimin,
Dözülməz ağır zərbələrə dözən kürəyimin,
Xəstə ruhumun, körpəliyini itirdiyim qorxumun,
Bəzən şeytan, bəzən də mələk olan duyğumun
Hamısının sözü var ,iti sərt qələm cızıldı!
Qorxum yox, CANAVARlarım ölümə hazırdı!

Qələm yazırdı, olmuyan pak məhəbbətdən,
Qələm yazırdı heçvaxt olunmayan mərhəmətdən,
Qələm yazırdı qarğışdan yox rəhmətdən,
Qələm yazırdı yaltaqlıqdan yox hörmətdən!
Bu sizin qələminizin yazdığı neçə illər.
Və əsrlər nə qədər dolur fəsillər,
Siz şairlər çoxuvuz gizlətdiz həqiqəti,
Yazmadız əsl fəlakəti, əsl həqiqəti.

Başlıqsız sətirlər vərəqə müsafirlər,
Hələ açılmıyıb amma açılacaq nə vaxtsa sirrlər.
Başlıqsız sətirlər yazılmamış şeirlər,
Qandal vurulmuş qələmlə söz yazan əsirlər.. (2x)

Siz yazmadınız həyatın qara görünən tərəflərini
Siz yazmadınız tələblərini onun hədəflərini
Rəhbərlərin səhvlərini gizlədib ürfanlarda,
Yazmadınız açıq-aşkar bəlkə də fərq zamanlarda.
Siz yazmadınız şouya dönmü iyrənc siyasətdən,
Siz yazmadınız zorlama adlanan cinayətdən,
Siz yazmadınız auksiona qoyulmuş torpaqlardan,
Yazmadınız qanımızı içən hegemon alçaqlardan.
Siz yazmadınız xaosdan, terrordan, mafiyadan,
Yazmadınız körpə səsləri eşidilər pornoqrafiyadan.
Yazmadınız fahişələrdən, yazmadınız peysərlərdən.
Yazmadınız mavilərdən, arvadın satan ərlərdən!
Siz yazmadınız Spid virusu tutmuş mə`sum körpələrdən,
Yazmadınız uçurumlarda tikilmiş körpülərdən,

Yazmadınız bütün bunlara qarşı çıxan düşməndən,

Siz tanımadınız MƏNi.

Siz yazmadınız məndən..

Qələm və kağız mənəm!
Düz deyən dil,ağız mənəm!
Yazılan bu sətir mənəm!
Pozulan hər fikir mənəm!
Fikri pozan silgi mənəm!
Xəyanət və sevgi mənəm!
Ayrılıqda qalan mənəm!
Həqiqət və yalan mənəm!
Yalanı doğru sayan mənəm!
Qan içərək doyan mənəm!
Tərəf oyan-buyan mənəm!
Dur yuxudan! Oyan mənəm!
Panteist və Sufi mənəm!
Nəsimi, Hürufi mənəm!
Laməkanın hərfi mənəm!
Əla, yaxşı, kafi mənəm!
Müsbət mənəm, mənfi mənəm!
Aşkar mənəm, məxfi mənəm!
Bəşəriyyətin səhvi mənəm!

Külliyatın məhvi mənəm!
Dünən, bugün sabah mənəm!
Pak, batil günah mənəm!

Şeiriyyatın məmləkətinə hökm eliyən şah mənəm!
Vulqar söyüş söyən mənəm!
Jargon özünü öyən mənəm!
Taxta qapıma əl vurarsan, dəmir qapıvı döyən mənəm!
Başlıqsız sətirlər mənəm!
Son əsatirlər mənəm!
İfa olunan notlar mənəm!
Və bu son akordlar mənəm..

Okaber еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1