Can dastanıdır yazılan şeir Qan basmalıdır var belə deyim Mən yazmalıyam çoxalıb eyib Siz ölmək əvəzinə çoxalıb şəhid Fironun tələsinə düşən olur meyid Onlara önəmli moda və geyim Hamısının adı dəftərimdə qeyd Tanrı inancını, oğurlayıb seyid
Var siyasət adını qoyub soyqrım İndi icazə ver mənə! Qoy qırım Çılpaq həqiqəti yenə soyundurum Mənə düşmən göstər ona toy tutum.
Mənim Havuş dağlarında hər izim var Borçalım, İrəvanım, Təbrizim var Ağrılarım boyda Ağrı Dağım var Fəciələrim boyda Qarabağım var.
Bu gündən tariximizi yaz burdan Bura döyüş meydanı mən Boz Qurdam.. Gəlirəm boz ayda, qara çovğunam.. Hər sorğuya cavab verilən doğruyam.. Mən Türkəm, Türk oğluyam