Atasan dənizə özünü o qədər boğulasanki Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni Ancaq yuxularda gələsən görüşlərə Yada ki içtiyin zəhirmarlar qurutsun səni Atasan bu dənizə özünü (o qədər boğulasanki) Fəryadın qovuşsun haraylara Son dəfə həsrətlə baxasan qağayılara Atasan bu dənizə özünü çırpılasan qayalara Yazdığın bütün şeirləridə yırtıb aparasan Bu yarımadanın bağrından natamam qalan bütün sevgiləridə dartıb aparasan Atasan bu dənizə özünü Heç kəslə barışmadan Güvəndiyin dağların qarı dumana qarışmadan Varlı , kasıb yarışmadan Çıxartmadan təmizə düzünü Siqareti yarım çəkib atasan bu dənizə özünü Mavilərdən iyrənib dostuna çevriləsən mavi ləpələrin Görəsən ki mavi dalğalar necə səpələnir Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan Hündür bir yerdən uçasan yuxarı Sonra aşağı, pıçıldayasan bu cümləni Sən varsan varam, sən yoxsan yoxam Necədə gülməli Atasan bu dənizə özünü Qürura toxunmadan Onsuzda yox olmusan dahada yox olmadan Dostlarlada artıq getməyəsən çiyin-çiyinə Birdə həmin saçların ətrini dəyişəsən dəniz iyinə Dərin nəfəs alasan Hər kəsdən qisas al, ölüm və həyat kimi Onunla mən Məkkə və Mədinə, Dəclə və Fərat kimi Onsuzda əbədiyyət heç vaxt sevməmişdi əbədiləri (Heç vaxt) Bizimsə dualarımız açıq havadan titrədirdi müqəddəs sayılan məbədləri Atasan bu dənizə özünü Heç kəs oyanmadan Sübh namazından öncə Azan dayanmadan Yağış yağmadan Yada yağış əvəzinə daş yağmadan Qurunun oduna yaş yanmadan Yalanlarla baş aldatan cəmiyyətdən uzaqlaşıb Atasan bu dənizə özünü Sevgiləridə saxlayasan salam sağollarda Əlvidalara çatmamış saxlayasan yarı yollarda Mən isə darıxdım səslədim səni Yeməy sırasını səbirsiz gözləyən kimsəsiz uşaq kimi Səbirsiz gözlədim səni (Atasan bu dənizə özüvü)