Yoxluğumu tapıb çıxarmağı gələn gündən başla. Bütün bədənim ölə bilər mənim tək beynimnən başqa. Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan Demək ki, əsl şairlər ölüb qaraciyər serrozundan.
Şeytan çatdıyan məqbərələr, dağılan sərdabələrdi Sirli uğrunda gəbərən sərkərdələrdi. Saxta övliyaların hədislərinin xuraftları, Cahillik, avamlıq,” Danabaş kəndinin əhvalatları” Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi İfrətələrin xəyanəti, fahişə qadının hiyləsidi. Süni xrizantem göz yaşına qucaq göstərər, Yumru- dünyanı, bəşər övladını- üçbucaq göstərər
Arzuların rekviemi qələm, kağız, təknə dəniz BozQurdun yaşamağının Turan oldu tək nədəni. Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi Dilimnən düşmür möminin dilindən “Bismillah” kimi. Mənim sevgim qibləgah, Tac Mahal Ayasofyadı Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır. O qədər saf və pakdı həsəd aparar iblislər Insanları reallıqlar yaşadırsa, məni hislər. Bəs onda kim gizlər nəmli gözləri pəncələrimnən? Sən danış “bəlkə”lərindən, mən danışım “məncə”lərimdən Həqiqətin bəlasından danış göstər xətasını, Şeytan gəldi hər kəs gözdüyürdü “Xaç Atası“nı