Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim. Sən ki Gənc qalmışdın yaddaşımda - on yeddi yaşında. Mən qocalırdım, sən isə cavan idin xəyalımda. Uzun telli, ağ bədənli, incə belli
Soyuyub sən demə, əllərin. Sən demə, qocalıbmışsan sən də... Şəhvətə gətirmir daha gözlərin. Qocalmısan ,gözəlim...
[Okaber]
Yaralardan axaq qanı saxlamır məhrəba Çox zəhərlidir nə süd nə kəhrəba Yoxdu səhrəda şeytanı yəhərləmək, İnsanı zəhərləmək kimi idi sənsizlik.
Tozlu akvarel, guaş, Rembrant Bir növ xrizanten, o da dendrom Xatirələrə qərənfillər əkərdim, Hündürlükdən qorxmasaydım, çox çəkərdim.
Mənə deməmişdin, amma yaz bunu: “Sən əvvəllər yaz yağmuru” Ölməyə tələsirdim, amma yubandım Sular bulandığı gün ürək də bulandı.
Sən axı bütün arzuları devirdin, Sən axı tək yatmağı sevirdin. Heç kəsə demirdin dərin dəftərini. Gizlətdim yatağını, cırmaqlı əllərini.
Qırmızı dodaq, qırmızı filtir, tüstülər Bədən soyuqdan dona bilərmiş istidə. Tənhalıq, depressiya, vahimə, soyuq dəri, Xatirələr gördüm, məktublar bədxəbər
Alkoqol, narkotik, lirika, preperatlar Radioda vals, vaston ,qarışıq həyatlar. Qarışır saçlar, geyim, qarışıq işləri Və pritona ayaq basan növbəti müştəri
Süni gülüşlərin, qısa öpüşlərin Sənə pul qazandıran saatlı görüşlərin Hər gün görürəm səni, nə qədər alçalmısan Qırışıb əllərin, sən demə, qocalmısan.