Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Hedef Umidlerdi | Текст песни

Hər əsər yazılanda mən də böyüyürdüm,
Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm.
Sevirdim amma xəyanəti görəndə ölürdüm,
Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm.
Varlığım olsa da sənə möhtac, barışırdım,
Sən şahzadə deyildin amma sənə tac yaraşırdı.
Necə dəyişərmiş məna sözlər yozulanda,
Necə pozularmış ətraf bir nəfər pozulanda.
Hər əsər yazılanda mən də böyüyürdüm,
Qonşum içirdi hər gün, anasını döyürdü.
Onda balacaydım anlamırdım maldan, tozdan,
Sonralar başa düşdüm ki, ölüb peredozdan.
Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər,
Müəllimə hörmətin adı olub rüşvət dedilər.
Ruhumu kirlətdilər, onsuz da çirkabdı,
Yazdığım əsərlər verilən suallara cavabdı.
Hər əsər yazılır paranoia harayımdan,
Gündə bir kərpic düşür ömrümün sarayımdan.
Neyrocərrahiyyə, hər dəfə ukol beyinə,
Kapsula, lirika, qranula, tramadol meyitə.
Dönən bədənimi morqa buz kimi qoydular hətta,
Məni kafir kimi tanıyıb dərimi soydular hətta.
Dedilər qəlbin qaradır, ətrafıda qaraldır,
Mən isə yazırdım yoxsulluq vətənə sevgini azaldır.
Dedilər aralı dur, dur bir az o tayda,
Qanımda quduzluq var, gəlirəm boz ayda.
Dövr də dəyişilib artıq burcudur omba geylər,
Gözəl qız kəlməsi əvəz olunub bomba şeylə.
Dedilər: Psixopatsan? Yazırsan axmaq kimi,
İndi yaşamaq üçün olmalısan yaltaq kimi.
Sapı özümüzdən olan balta kimi doğra, kəs,
Hədəfdə əks ümidlər gəlir tərs,
Ömür qəfəs!

(x2)
Çək tətiyi sonuna qədər, hədəf ümidlərdi,
Güllələ, həyat boş, mənasız cümlələrdi
Ya bir musiqidi, gəlir duyğulara xoş,
Əslində boş xəyanəti əks etdirən sevgidi.
Sadəcə...

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Okaber - Hedef Umidlerdi Okaber - Hedef Umidlerdi
    Audio by Okaber performing Hedef Umidlerdi. © 2013, MadHouse Community, LLC. Produced ...
  • Okaber - Hedef Umidlerdi Lyrics Okaber - Hedef Umidlerdi Lyrics
    Fb - https://www.facebook.com/lyricsofokaber Okaber - Hədəf Ümidlərdi Lyrics Hər əsər ...
  • Okaber - Axtarma Okaber - Axtarma
    Produced by Create Pro Facebook: http://facebook.com/okaber ... cek tetiyi sonuna ...
  • Okaber - Evtanaziya Okaber - Evtanaziya
    Audio by Okaber performing Evtanaziya. © 2013, MadHouse ... KARABIN obrazna RG, OKABERE ...
  • Okaber - MORQ - lyrics - sözlər Okaber - MORQ - lyrics - sözlər
    Verse 1: Mən indi intihar kimiyəm, Boğazda kəndir tək, zənciri çək Aramızdakı bağlar - ən titrək, ən ...
  • Okaber - Çek Perde (with RG) Okaber - Çek Perde (with RG)
    Audio by Okaber and RG performing Çek Perde. © 2013, MadHouse Community, LLC ...