Hər əsər yazılanda mən də böyüyürdüm Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Sevirdim amma xəyanəti görəndə ölürdüm Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm Varlığım olsa da sənə möhtac, barışırdım Sən şahzadə deyildin amma sənə tac yaraşırdı Necə dəyişərmiş məna sözlər yozulanda Necə pozularmış ətraf, bir nəfər pozulanda…
Hər əsər yazılanda məndə böyüyürdüm Qonşum içirdi hər gün, anasını döyürdü. Onda balacaydım,anlamırdım maldan,tozdan Sonralar başa düşdüm ki, ölüb peredozdan. Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər Müəllimə hörmətin adı olub rüşvət dedilər Ruhumu kirlətdilər, onsuz da çirkabdı, Yazdığım əsərlər verilən suallara cavabdı
Hər əsər yazılır paranoya harayımdan Gündə bir kərpic düşür ömrümün sarayımdan Neyrocərrahiyyə, hər dəfə ukol beyinə Kapsula, lirika, qranula, tramadol meyitə Dönən bədənimi morqa buz kimi qoydular hətta Meni kafir kimi taniyib dərimi soydular hətta Dedilər qəlbin qaradır, ətrafıda qaraldır Mən isə yazırdım yoxsulluq vətənə sevgini azaldır.
Dedilər arali dur, dur bir az o tayda Qanimda quduzluq var, gəlirəm boz ayda Dövr də dəyişilib artıq burcudur omba geylər, Gözəl qız kəlməsi əvəz olunub bomba şeylə.
Dedilər: Psixopatsan? Yazırsan axmaq kimi, İndi yaşamaq üçün olmalısan yaltaq kimi. Sapı özümüzdən olan balta kimi doğra kəs, Hədəfdə əks ümidlər gəlir tərs, Ömür qəfəs!
Çək tətiyi sonuna qədər, hədəf ümidlərdi Güllələ, həyat boş, mənasız cümlələrdi Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir.
Çək tətiyi sonuna qədər, hədəf ümidlərdi Güllələ, həyat boş, mənasız cümlələrdi Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir.