Ölümlə həyat arasında bir addım var, Cəmi bir addım var. Azadlıqla qul olmaq arasında bir addım var, Siz yazmadız...
Azadlıqla qul olmaq arasında bir addım var, Azadlıq yaratdılar, sonunda dağıtdılar. Nə mənim qanadım var qandalları qırım, uçum, Təhlükə anında bir addım geriyə və hücum. Bu sətirlər vücudum, həm yol, həm uçurum, Bu sətirlər yaşayır bağlansa da əlim, qolum. Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi, Bu sətirlər fəryad qoparanların həyacan zəngi. Başlıqsız sətirlərim, mənim obrazım çətin, Yazılarımda tapılır izi qanlı cinayətin. Həyatım kinayəsiz, insanlar aləmində, Varlıların cənnəti, kasıbların cəhənnəmində Hərənin öz ölümü var, hər ömrün qəbahətləri, Elə günahlar var sonsuz, yoxdu nəhayətləri. Müxtəlif insanlar, müxtəlif düşüncələrlə, Elə dözülməz yaralar var ağır dərəcələrlə. Elə günlər yaşadım mən ki nələr görmüşəm mən, Elə darvazalar var ki, arxasında çürümüşəm mən. Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar, Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar. Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət, İndi məhəbbət də xəyanət nədənsə olub adət. Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var, Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
(x2) Başlıqsız sətirlər yazanda hər dəfə, Sətirlərim ölümlə həyat arasında məsafə. Sətirlər müharibə, müharibə, müharibə, Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Elə rejim gördüm, despotizm, diktatura, Elə həyat yaşayırıq, başdan ayağa karikatura. Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar, Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar. Elə şərait var, adlanır müharibə şəraiti Amma əsgər hər ay itir və çoxalır fərarili Elə evlər var yetimxana, divarlarında həsrət, Elə qızıl imarətlər var, hasarlarında nəhlət. Bazarlarında millət, rüşvət qanuna salınıb, Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb. Elə vətənim var, müğənnilər əsgərdən çoxdu, Barları və gecə klubları səngərdən çoxdu. Elə günlər olub, biraz çörək tapmaq qəliz olub, Mülki də olmasa da, hərbidə yüz faiz olub. Bu hələ başlanğıc, açılmayan sirlər var, Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
(x2) Başlıqsız sətirlər yazanda hər dəfə, Sətirlərim ölüml&