Keçən il o biri küçədə keçirtmişdim bayramı, Bu il. bu küçədə qeyd eliyəcəm... Salam, mən kimsəsizəm Ona görə də bu bayramda yenə də kimsəsizəm Hər il olduğu kimi. ənənələr pozulmur ki, Birdəki o alın yazısı varha.. Nə silinmir, nə də təzədən yazılmırki (bura Bakıdır) Hər şey yaxşıdır, bircə bu küləklər olmasa Əslində çox şey olmamalıydı, kaş ki olmasa.. Ən ucuz araq hansıdır, verin! Qəpiklərimə də bir iki dilim kolbasa Düşmürsə, eybi yox əsas içkidir.. Bugün bayramdır axı.. Bugün hər yerdə bər-bəzək Yalan-doğur hamı gülür axı Bugün hər yerdə yolkalar, Şaxta babalar gülməli geyimlərini geyiniblər Bugün şampanlar, fontanlar, şənliklər Bugün ən bahalı geyim dükanlarında endirimlər. Mən xəbərləri ötüb keçənlərin ağızından eşidirəm Bəzən dəli oluram ağlayıram, gülürəm... əşi diyirəm... Bəzən yarımçıq qalır xəbərlər, şeflər tez çağırır işçilərini Məsələn, mən bilmirəm nə oldu axırı həmin neftçilərin... Bahalı restoranların önündə dayanıb baxıram.. İnsanlar niyə yedikəri yeməyin şəklini çəkir?! anlamıram! Bəzən qışqırıqlar eşidirəm xoşbəxt evlərdən.. Deyəsən Facebook'da xəbərlər daha doğru olur, nəinki Tv'lərdə... Nəisə... hələlik bu qədər Bayramınız Mübarək!