Mən insanları tanıyıram, qəribə tərzlərindən, görünüşlərindən Tanıyıram sağlam olanlarından, xəstə və ölmüşlərindən Mən insanları tanıyıram, yalanlarından yaxud düzlərindən Yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən
Mən insanları tanıyıram, muqavilələrdən müharibələrdən, müdafiələrdən, mühakimələrdən, mühafizələrdən, mübarizələrdən Mən insanları tanıyıram, üzümə əl atmaq vərdişi olsun gərək, Bilirsən, kişinin düşməni də özü kimi kişi olsun gərək.
Mən insanları tanıyıram, bilinmir dünyanın sonudu ya əvvəlidi Çörək və qırıntı qara bazar, qidamız Mendeleyev cədvəlidi Mən insanları tanıyıram, haqsız olurlar hərdən Ölən əsgərlərdən, yanan binalardan, partlayan mədənlərdən
(Mən insanları tanıyıram, çoxları kimi qazanmır Okaber #TAOW #MGT , #Legion13 #sektor11 , #WolvesBaku ) Mən insanları tanıyıram, sevgi nədi, özün təxmin et hərdən Ayırır dəli kimi sevən Zaurları xəyanətkar Təhminələrdən
Mən insanları tanıyıram, çəkilib yollarımıza qan çəpəri 13-cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir Mən insanları tanıyıram, çoxunuz yaşamadan həyatdan vaxt alırsız Soyuq mərmərli parklarda isti münasibətlər axtarırsız
Mən insanları tanıyıram, görmüşəm hər bir tipin içini , çölünü Mən görmüşəm xarabadan qeydləri, qan çanağındakı qan gölünü Mən insanları tanıyıram, düşmənin başını bir dəfəlik əz demişik! Biz demişik, Bir kərə yüksələn bayraq bir daha enməz demişik!
(Mən insanları tanıyıram, bu ölkənin ən kəsici ülgücüyəm, Sənə nə var faşistəm, millətçi, Bozqurd, Turançı ya da ülkücüyəm mən!) Mən insanları tanıyıram, cismini öldürmüşəm bu dəfə ruhun gəlsin! Bütün qitələri batırmağa gəlmişəm çünki məndədi Nuhun gəmisi! Qələmim qana batıb mənim… Qələmim qana batıb mənim… Qələmim qana batıb mənim…