Qara Quvveler(не знаю о чем,но ритмичная и жесткая)
Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq amma yenə qərar itir Bu dəfə alınacaq bu dəfə son dəfə Şablon səhifə əzbər million dəfə Nə qədər televiziya, nə qədər informasiya, İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasia Hər yerdə Mafia Hər yerdə siyasət, təşkilatlar, partiya. Qara Qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, Mənə düşmən göstər. Mən ölümlə üzbəüz taleyim xoş gün yazarmı? Mənim yeməyim perlova mənim evim kazarma. Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm! Mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram.
Nəqarət (2) Qara Qüvvələr və daha cümlələr güllələr kimi yağacaq millətə kim salıb bizi bu qədər zülmətə? və yenə əsgər, Müharibə Davam Edir!
(II) Progress var Məndə əsəb gərginliyi stress var Bir az səs var Amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partdıyır*mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə xəbərin yox Xəbərin yox qardaşım xəbərin yox Hər cürə insan olub yoldaşım xəbərin yox Mənim ürəyim indi olub xəstə xəbərin yox İntizam cəzalarından həbsdən xəbərin yox Kim kimi harda və necə satıb? Xəbərin yox Kimisə hətta sevgilisi atıb xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə sənin ordudan xəbərin yox!