İblisim Adolf Hitler, mələyim Mahatma Gandhi, Həmkarım Çikatilo, RG, bir də Ted Bundy. Mən də quzğunam, qurda dönüb vəhdət yaradıram, O qədər pozğunam ki, bədənlərdə şəhvət yaradıram. Sözlərim yol göstərir, gözlərim güzgündür, Məmləktimdə təkcə ayın tarixi düzgündür. Zamana möhür vurub saçlarını yoluram mən, Fahişələrin cənazə namazını qılıram mən. Palata nömrə 13, pasient məxfi biridir, Ağır travmaları var, qan qrupu mənfi birdir. Okaber hədəf seçir, deşir buraxır, Karabin leş, Damarlara yeriyir qətran altı nikotin beş. Məclisdə Xaç atası hər kəs ayağa qalxsın, Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Heç nə dəyişmir qədəhə qan əvəzinə "whiskey" dolarsa, Sən uzaq başı bizdən törənən "husky" olarsan.
Əqidəmin xadimidi çıxan hər single, Beynim mina tarlasıydı, indi Çernobl. Partlayan köpük kimisiz axan su misalı, Necə ki, qəhrəman deyil “26 Bakı Komissarı”. Həmən nəzəriyyəyə tüpürüb yaşayıram likantropiyamı, Sənə öncə repi sevdirəcəm, sonra ideologiyamı. Əbədi gedenlərin dəyərini tap, gətir, deyim, Fahişələrin ətri eynidi, bir də qətl, meyid. Sətir, beyt, mətin beyni qarət edir, Bu şəhərdə sevgililərə PPX nəzarət edir. Alət edir, pəncəni vurdum qanıyır, Qurd Cəbrayılı tanımayan Qurdumu tanıyır?! Getdikcə uzaqlaşır hislər, amma qaçaq deyil, Dünyam yumrudu, kvadratdı, amma üçbucaq deyil. Nə qədər ki, burdayam kəsin səsinizi, batırın! İndi isə gedirəm, məni 13-cü palataya yatırın!