Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Ruh Batalyonu (İlham Baba) | Текст песни

Gücümüz qalmayıb qaldırmağa bir cənazəni,
Qan axan çiyinlər də apara bilmir dəmir mafəni.
Son məsafəni görüb çarmıxı vurub əlimə,
Məkkədən Mədinəyə, Nəzaret’dən Yərusəlem’ə.
Gecələr tonqal qurub yandırıram xatirələri,
Ruhən fahişə olub da, cismən bakirələri.
Qismən faciələri göz yaşında boğ getsin,
Sənə öyrədilən də budur, hara gəldi, sox getsin.
Əqidəm düz, ya da səhv, ölsəm dönmərəm,
Bilsəm, dönən yoxdu, heç görsəm ölmərəm.
Tökdüyünüz qan qədər tökməyə var qan bizimdə.
37-nin hesabını ver, sonra danışaq kommunizmdən.
Bura - yalanlar ölkəsi.
Bura Zeitgeist-ə baxıb ateist olanlar ölkəsi.
Buranın Məhəmmədi "неправ" Mamedi "прав"dı,
Ermənini söyənin sevdiyi veriliş "Comedy Club"dı.
Efir də çəmənlikdi, hər gün söyüşən qoyunlar,
Burda insanın nəsilini kəsib, ona heykəl qoyurlar.
Polislər möhkəm vururlar, polislər - rapkilla,
Deputatlar mumyalanıb, məmurlar - godzilla.
Çatlasın beyin, tutulsun dil, partlasın bağır,
Bizim üstümüzə yaltaqlıq yuxarıdan yağır.
Həyat boğar zəifləri, öldürər gücsüzləri,
Nə üzlü insanları anladım, nə də üzsüzləri.
Ona görə də, bizim yol fərqli,
Qaraqan, Ali Khayyam, Okaber, RG.
Əgər götürməzsə beyin, onda siz hələ də deyin,
Bütün show'lar eyni, MadHouse show fərqli.
Bizim yol fərqli,
Qaraqan, Ali Khayyam, Okaber, RG.
Əgər götürməzsə beyin, onda siz hələ də deyin,
Bütün showlar eyni, MadHouse show fərqli.
Ətraf çirkaba döndükcə şeir ədəbiləşir,
Şair əsəbiləşir, görən, varmı əbədi bəşər ?!
Dahilər əbədiləşir, insanlar unudurlar,
Yarpaq var, özü quruyur, yarpaq var qurudurlar.
Ömür gətir-götür.
Mən görüb-götürmüşəm, sən də çəkib ötür yazılarımı.
Hədəfi tətik sökür,
İnsan ətin tökür bir gün görəndə ki, əlini rəqib öpür.
Həyatımıza haram qatın, atın, zibilə döndərin,
Mənim bədənim soyuğa öyrəşib, məni Sibirə göndərin.
Manqurdun başına keçi dərisi tikin debil’ə döndərin,
Bəyazda boğulmursan, fəlsəfəmin dibinə göndərim.
Buranın gədələrindən yoxdu,
Mənim travmalarım zədələrimnən çoxdu.
Hara baxırsız?! ermənidən betər olan gündən qara yaxırsız.
Bizim yol fərqli,
Qaraqan, Ali Khayyam, Okaber, RG.
Əgər götürməzsə beyin, onda siz hələ də deyin,
Bütün showlar eyni, MadHouse show fərqli.
fb.com/ilhambabayev666

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2
Видео
Нет видео
-