Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Sən Olsaydın | Текст песни

Sən olsaydın,
Nə bu yazılar olardı,
Nə qəmli sujetlərlə bol səhnələr,
Nə payızlar olardı,
Nə məni darıxdıran boş məhlələr,
Nə qızlar olardı, həyatımda səndən başqa.
Sən olsaydın,
Sevdiyim azadlıq,
Nə dəmir barmaqlıq,
Qollarımda qandal,
Yalvarırdım sən qal,
Getmə indi günahdı,
Açılmazdı sabah,
Həyatımda səndən başqa,
Sən olsaydın hətta ölüm xoş gələrdi mənə,
Görüş yeri boş qalardı yenə,
Hədəfi unutsaydım unudardım varlığımı
Tək səni unutsaydım, heç kəsi unutmazdım
Həyatımda səndən başqa

Sən bir xəyal kimi gözümdən itdin,
Mənsə xəyalınla xəyala daldım,
Sən bir insan kimi gəldin və getdin,
Mənsə dünya kimi yerimdə qaldım.

Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, ammaa,
Ürəyimdən silmədim heç bir zaman adını
Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, ammaa,
Ürəyimdən silmədim heç bir zaman adını

Eyni lənəti hər gecə pıçıldayaraq əzbər,
Sən həyatımda təksən, duyğular tək məxmər
Sarışın, əsmər,
Ünvanlar dolu dəftər,
Həyata vurular cəftə,
Buraxılan səhvlər,
Məni uçurdan həblər,
Barıxıt oyundur həyat,
Bir gün şah, bir gün mat,
4 sutka koma, süni nəfəs, aparat,
Təyinatım psixopat, mənə müxtəlif preparat,

Sonra sən gəldin,
Sonra sən getdin,
Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim,
Yazardıq melodramalar yanımda qalsaydın,
Yazardıq melodramalar sən olsaydın,
Sən olsaydın, nə bu yazılar olardı,
Nə də ki, hər gecə gördüyüm ulduzlar olardı,
Nə kabuslar olardı, həyatım olardı bumbuz,
Olmazdı kabus həyatımda səndən başqa

Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, ammaa,
Ürəyimdən silmədim heç bir zaman adını
Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, ammaa,
Ürəyimdən silmədim heç bir zaman adını


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
  • İsyankar 26 / Sanjar Sen Boş İnsansın Part 2 İsyankar 26 / Sanjar Sen Boş İnsansın Part 2
    yarak bu is oyle raconla olsaydi metalciler en iyi cigligi atiyo. Read more Show less. Reply ...