Sən olsaydın, Nə bu yazılar olardı, Nə qəmli sujetlərlə bol səhnələr, Nə payızlar olardı, Nə məni darıxdıran boş məhlələr, Nə qızlar olardı, həyatımda səndən başqa. Sən olsaydın, Sevdiyim azadlıq, Nə dəmir barmaqlıq, Qollarımda qandal, Yalvarırdım sən qal, Getmə indi günahdı, Açılmazdı sabah, Həyatımda səndən başqa, Sən olsaydın hətta ölüm xoş gələrdi mənə, Görüş yeri boş qalardı yenə, Hədəfi unutsaydım unudardım varlığımı Tək səni unutsaydım, heç kəsi unutmazdım Həyatımda səndən başqa
Sən bir xəyal kimi gözümdən itdin, Mənsə xəyalınla xəyala daldım, Sən bir insan kimi gəldin və getdin, Mənsə dünya kimi yerimdə qaldım.
Həyatım, o günlərə yenə qayıtdım, Səni tapa bilmədim, ammaa, Ürəyimdən silmədim heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım, Səni tapa bilmədim, ammaa, Ürəyimdən silmədim heç bir zaman adını
Eyni lənəti hər gecə pıçıldayaraq əzbər, Sən həyatımda təksən, duyğular tək məxmər Sarışın, əsmər, Ünvanlar dolu dəftər, Həyata vurular cəftə, Buraxılan səhvlər, Məni uçurdan həblər, Barıxıt oyundur həyat, Bir gün şah, bir gün mat, 4 sutka koma, süni nəfəs, aparat, Təyinatım psixopat, mənə müxtəlif preparat,
Sonra sən gəldin, Sonra sən getdin, Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim, Yazardıq melodramalar yanımda qalsaydın, Yazardıq melodramalar sən olsaydın, Sən olsaydın, nə bu yazılar olardı, Nə də ki, hər gecə gördüyüm ulduzlar olardı, Nə kabuslar olardı, həyatım olardı bumbuz, Olmazdı kabus həyatımda səndən başqa
Həyatım, o günlərə yenə qayıtdım, Səni tapa bilmədim, ammaa, Ürəyimdən silmədim heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım, Səni tapa bilmədim, ammaa, Ürəyimdən silmədim heç bir zaman adını