Düşün ki, gəlir şəhərə bəla, gəlir bəla kəndə, Gecələr təngənəfəs, gündüzlər pərakəndə. Ruhumu dondur, susdur, görüm dinmir necə, Hər gecə nağıl danış, davam etsin min bir gecə. Bizi kimdir seçən, özü harda qaldı? Məhv edən bizi sevgilər, bir də cadulardı. Adi haldı, belə də ki, adi haldı, Döyüşdə həlak olanların təkcə adı qaldı. Biz şərq olanda ölənlərimiz qərb olur, Gedənlərlə tərk edənlər arasında fərq olur. Qərq olursan göz yaşına ağlayanda, Həqiqət tapılmır öz başına ağ yalanda. Dahilərin doğrusu zamanla isbat olub, Şair var ki, 26 yaşında ustad olub. Biraz da irəli gedərdim, günahları yığmasam, Amma şərhsizdir ki, mən şərhü bəyanə sığmazam.
Bilmirəm, harada keçirilir quyruq bulamaq yarışı, Sizə hürmək yaraşırsa, bizə də ulamaq yaraşır. Millət ayırır, Karabin var bədəndən 7 kilo ət ayırır. Tək alışdığı qəlbləri tək çağırıram, Sən danışdığın dərdləri mən bağırıram. Qarnı ac olanlar doyunca qeybətdən yemədi, Dedim ki, olmaz, Nuh dedi, peyğəmbər demədi. Boğaza qədər günaha batmış bu yarımada, Qeydlərimi dinləyənlər yatmış mı xarabada? Haqqımızı tam vermək yerinə, bizə pay böləndə, Biz axı dönə bilərik qaranlıqda ay görəndə. Heyif, öləndə görmədiz "qəbri eş" deyənləri Cəmdəyi deş deyənlərin yanında leş yeyənləri. Qorusun Tanrı bozqurdu. Ruhların batalyonu var idi, artıq olub ordu!