Başa düşürsüz hörməti, hökümət və yaxud rüşvət, Cəhənnəm nə olur, olsun, amma azalmasın sərvət. İşiniz sponsorluq, gündə tv-yə bir lom çıxarmaq, Sonra 1-2 ay orda fırladıb ona albom çıxarmaq. Ata fəxr edir ekranda qızının şıllaq atmağı ilə, Heç maraqlanmır gecə orda-burda yatmağı ilə. Bu məqamda yazıb gəldim sözümün əsasına, Aydındır, ilan vaxtından əvvəl girib yuvasına. İndi moddur şəhərdə glamour və ya səviyyə olmaq, Adi haldı kişi müəllimə 8 martda hədiyyə almaq, Yoxdur sakitlik burda, var çepe insidentdə, Sadə xalq bizə qulaq asır, amma rep-ə prezident də. Milli bankın arxasında matəm önündə bayram, Özüm çaşdım, bilmədim, necə ölümü ölümdən ayıram. Bizi tanıyan tanıyır, müharibə davam edir, Davam edir müharibə, sizi tanıyan tanıyır! Mat, məəttəl, təəccüb (wow )qalıram, çox təəssüf,
Verse 2
Küt mollalar şeytan əməli axtarır fəlsəfəmdə, Eybi yox, elədirsə, görüşərik cəhənnəmdə! Mömin olmaqlarını bilir respublika, el içi, Amma xəlvətdə duroçka pod Monika Belluçi. Sauna, ağızda pivə, imanı itirirlər, Kayfa, Bakıya “Berqavana” gətirirlər. Biraz panaşa, nəşə, biraz anaşa, Motor və başlayır gülməli tamaşa. Namizədlərin şüarı: “I’m a number one!” Bizim lələrin çoxu pedofil “Berlusconi” Hamı dinləyir, bəyənir Okanın satirasını, Müqəddəsin yox, çək ananın karikaturasını. Salam, Bakıya gəlmisən, sahilləri səhv salma Düşüncə, məhlələr, küçələr, sakinləri səhv salma. Gözlər önündən silinməyən “Siluet” deja vu-m var Nə isə, mən gedirəm, cəhənnəmdə randevum var!